Demokratlar və respublikaçılar Trampın impiçmenti üzrə razılığa gəldilər

Demokratlar və respublikaçılar Trampın impiçmenti üzrə razılığa gəldilər ABŞ Konqresi Senatının demokrat çoxluğu və respublikaçı azlığının liderləri Donald Trampın impiçmenti proseduru üzrə razılığa gəliblər
Digər ölkələr
163
9 Fevral , 2021 05:41
Demokratlar və respublikaçılar Trampın impiçmenti üzrə razılığa gəldilər
Donald Tramp

ABŞ Konqresi Senatındakı demokrat çoxluğun və respublikaçı azlığın liderləri - Çak Şumer (Nyu-York ştatından) və Mitç Makkonnell (Kentukki ştatından) qanunverici orqanın yuxarı palatasında keçmiş prezident Donald Trampın impiçmenti prosedurunun keçirilməsi formatı üzrə razılığa nail olublar.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

"Razılaşdığımız forma (impiçment prosedurunun keçirilməsi-red) son dərəcə ədalətlidir", - senatorlar qarşısında çıxış edən Şumer qeyd edib. Makkonnellin yayılmış yazılı bəyanatında isə vurğulanıb ki, o, "lazımi hüquqi prosedurdan və hər iki tərəfin hüquqlarını qoruyan razılaşmadan məmnundur".

Razılaşma Nümayəndələr Palatasının ittihamçılarına və Trampın vəkillərinə sual və yekun açıqlama vermək üçün bərabər vaxt verəcək.

İmpiçment prosesi çərşənbə axşamı keçmiş prezidentə qarşı məhkəmənin konstitusiyaya uyğunluğunun müzakirəsi ilə başlayacaq.

ABŞ Senatının keçmiş prezidentin impiçmenti işi üzrə iclası bu gün - fevralın 9-da keçiriləcək. Tramp yanvarın 6-da Vaşinqtonda baş verən qarışıqlıqlara təhrikçilikdə ittiham edilir.

ABŞ-ın keçmiş lideri Senatda impiçment üzrə prosesdə çıxış etmək niyyətində deyil.

Son xəbərlər

Orphus sistemi