Nyu-Dehli rəhbərliyi iğtişaşlardan sonra kütləvi tədbirləri qadağan edib

Nyu-Dehli rəhbərliyi iğtişaşlardan sonra kütləvi tədbirləri qadağan edib Hindistan paytaxtının rəhbərliyi dünən Hindistan vətəndaşlığı haqqında qanunun yeni versiyasının qəbul edilməsinə qarşı kütləvi iğtişaşların və etirazların keçirildiyi ölkənin şimal-şərqindəki Nyu-Dehli dairəsində bütün kütləvi tədbirlərə və toplaşmalara qadağa qoyub.
Digər ölkələr
18 Dekabr , 2019 11:46
Nyu-Dehli rəhbərliyi iğtişaşlardan sonra kütləvi tədbirləri qadağan edib

Hindistan paytaxtının rəhbərliyi dünən Hindistan vətəndaşlığı haqqında qanunun yeni versiyasının qəbul edilməsinə qarşı kütləvi iğtişaşların və etirazların keçirildiyi ölkənin şimal-şərqindəki Nyu-Dehli dairəsində bütün kütləvi tədbirlərə və toplaşmalara qadağa qoyub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu addım mümkün yeni çıxışların qarşısını almaq məqsədi ilə atılıb.

Gücləndirilmiş təhlükəsizlik tədbirləri şəhərin digər bölgələrində də həyata keçirilib. Polis patrulları yol kəsişmələr və meydanlarda növbə çəkir. Polis seçmə qaydada avtomobillərə baxış həyata keçirir, sənədləri yoxlayır.

Qeyd edək ki, dünən iki minə yaxın etirazçı Nyu-Dehlinin şimal-şərqindəki Silampur rayonunda polislə qarşıdurma yaşayıb. Etirazçı kütləsi şəhər mərkəzinə girməyə çalışsa da, polis tərəfindən dayandırılıb. Etirazçılar polislərə daş və taxta çubuqlar atmağa başlayıb, buna cavab olaraq polis dəyənək və gözyaşardıcı qazdan istifadə edib.

Bu, son günlər Nyu-Dehlidə etirazçılar və polis arasında baş verən ikinci kütləvi toqquşmadır. Ötən həftənin sonunda toqquşmalarla müşayiət olunan tələbələrin etiraz çıxışları olmuşdu.

Əlavə edək ki, artıq rəsmi təsdiq edilmiş Hindistan vətəndaşlığının alınması haqqında qanunun yeni variantı Cənubi Asiyanın bir neçə ölkəsindən - Pakistan, Əfqanıstan və Banqladeşdən olan və müsəlman olmayanlara, vətənlərində təcavüzlə qarşılaşdıqları təqdirdə, Hindistan vətəndaşlığının sadələşdirilmiş şəkildə verilməsi təmin edilir. Düzəlişlər bölgədəki digər ölkələrin, məsələn, Nepal və Şri-Lankanın vətəndaşlarına, eləcə də müsəlmanlara şamil edilmir.

Son xəbərlər

Orphus sistemi