Danimarkanın Liviyada dinc əhalinin öldürülməsində iştirakı araşdırılır

Danimarkanın Liviyada dinc əhalinin öldürülməsində iştirakı araşdırılır Danimarkanın müdafiə naziri Troels Lund Poulsen 2011-ci ildə Liviyada 14 mülki şəxsin öldüyü hava hücumlarında Danimarka hərbi təyyarələrinin iştirakı ilə bağlı ortaya çıxan sənədlərlə bağlı araşdırma aparıldığını elan edib.
Digər ölkələr
25 Yanvar , 2024 13:30
 Danimarkanın Liviyada dinc əhalinin öldürülməsində iştirakı araşdırılır

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen 2011-ci ildə Liviyada 14 mülki şəxsin öldüyü hava hücumlarında ölkəyə məxsus hərbi təyyarələrin iştirakı ilə bağlı araşdırma aparıldığını elan edib.

“Report”un xəbərinə görə, bu barədə “Altinget” məlumat yayıb.

Bildirilib ki, Hərbi Hava Qüvvələrinin rəhbərliyi 2012-ci ildə belə qənaətə gəlib ki, iki Danimarka F-16 qırıcısının adı BMT, KİV-lər və insan haqları təşkilatları tərəfindən toplanan mülki itkilər haqqında hesabatlarda çəkilir.

Son xəbərlər

Orphus sistemi