Con Retkliff MKİ direktoru kimi and içib
Digər ölkələr
- 24 yanvar, 2025
- 04:07
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Con Retklifin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsində and içdirib.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin mərasimdə iştirak edən Mətbuat xidməti məlumat yayıb.
Mərasim zamanı ABŞ-nin vitse-prezidenti Retkliffi vətənpərvər adlandırıb və həmçinin “prezident Donald Trampın etimadından” bəhrələndiyini bildirib. Vens həmçinin zarafatla deyib ki, MKİ-nin yeni rəhbəri cavab çıxışı etməməlidir, çünki “onun beynindəki hər bir məlumat məxfidir”.
Qeyd edək ki, ABŞ Senatı daha əvvəl Con Retkliffi MKİ-nin rəhbəri vəzifəsinə təsdiq edib. Onun namizədliyini 74 senator dəstəkləyib, 25-i isə əleyhinə səs verib.
Son xəbərlər
21:40
RİNN, AZCON Holding və "Microsoft Ireland Operations Limited" arasında Anlaşma Memorandumu imzalanıb
İKT21:13
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regional təhlükəsizliyi və sülh prosesini müzakirə edib
Xarici siyasət21:09
Foto
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib
Daxili siyasət21:02
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Maliyyə20:57
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Digər ölkələr20:54
Rəşad Nəbiyev "Xsolla" şirkətinin Tədqiqat və İnkişaf Mərkəzinin rəsmi açılışında iştirak edib
İKT20:51
Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Xarici siyasət20:35
Amsterdamda kafe terrasında atışma zamanı bir nəfər ölüb
Digər ölkələr20:30