Çində yük gəmisi qəzaya uğrayıb, 4 nəfər ölüb

Çində yük gəmisi qəzaya uğrayıb, 4 nəfər ölüb Çinin şərqindəki Şandun əyalətindəki Yantai limanı yaxınlığında yük gəmisi qəzaya uğrayıb.
Digər ölkələr
12 Dekabr , 2021 11:10
Çində yük gəmisi qəzaya uğrayıb, 4 nəfər ölüb

Çinin şərqindəki Şandun əyalətindəki Yantai limanı yaxınlığında yük gəmisi qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli xilasetmə bürosuna istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, gəmidə olan 14 ekipaj üzvündən 4-ü həlak olub, daha 7-si itkin düşüb. Digər üç nəfər isə xilas edilib.

İtkin düşənlərin axtarışına xilasedici qayıq və helikopter göndərilib.

Son xəbərlər

Orphus sistemi