Çində xarici gəmilərə atəş açılmasına icazə verilib

Çində xarici gəmilərə atəş açılmasına icazə verilib Çin Sahil Mühafizəsi lazım olduğu təqdirdə xarici ölkənin gəmilərinə atəş aça biləcək.
Digər ölkələr
24 Yanvar , 2021 05:14
Çində xarici gəmilərə atəş açılmasına icazə verilib

Çin Sahil Mühafizəsi lazım olduğu təqdirdə xarici ölkənin gəmilərinə atəş aça biləcək.

“Report”un məlumatına görə, bu barədə Çin hökumətinin qəbul etdiyi yeni qanunda göstərilib.

Qanun, Çin sahil təhlükəsizlik xidmətinə xarici gəmilərin təhdidlərinin qarşısını almaq üçün “bütün lazımi vasitələrdən” istifadə etmək hüququ verir. Normativ aktın mətnində müxtəlif növ silahların istifadəsi şərtləri də göstərilir.

Bundan əlavə, qanun sahil mühafizəçilərinin Çinin iddia etdiyi riflər üzərində tikilmiş digər ölkələrin strukturlarını dağıtmağa, həmçinin ölkəyə məxsus sularda xarici gəmilərin yoxlamasına icazə verir.

Son xəbərlər

Orphus sistemi