Çində leysan yağışlar 8 nəfərin ölümünə səbəb olub

Çində leysan yağışlar 8 nəfərin ölümünə səbəb olub Leysan yerli hakimiyyət orqanlarını 120 min nəfəri təxliyə etməyə məcbur edib
Digər ölkələr
15 İyul , 2017 08:03
Çində leysan yağışlar 8 nəfərin ölümünə səbəb olub

Bakı. 15 iyul. REPORT.AZ/ Çinin şimal-şərqindəki Çzilin vilayətində leysan yağışlar 8 nəfərin ölümünə səbəb olub.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, təbii hadisə səbəbindən daha 1 nəfər itkin düşüb. Cümə axşamı və cümə günlərində fasilə verməyən leysan yerli hakimiyyət orqanlarını 120 min nəfəri təxliyə etməyə məcbur edib.

Təbii fəlakət zonasında ümumilikdə vilayətin 13 rayonunda yaşayan 320 min nəfər qalıb. 

Son xəbərlər

Orphus sistemi