Çində balta ilə silahlanmış şəxs məktəblilərə hücum edib: 9 yaralı

Digər ölkələr
  • 26 noyabr, 2016
  • 04:56
Çində balta ilə silahlanmış şəxs məktəblilərə hücum edib: 9 yaralı

Bakı. 26 noyabr. REPORT.AZ/ Çinin şimal-qərbində balta ilə silahmış şəxs məktəblilərə hücum edib.

"Report"un məlumatına görə, bu barədə ölkənin Mərkəzi Televiziyası "CCTV" xəbər yayıb.

Məlumata görə hadisə Xançjun şəhərində, ibtidai məktəbin yanında baş verib. Nəticədə doqquz şagird müxtəlif xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı 58 yaşlı şəxs saxlanılıb. Hücumun motivləri məlum deyil. 

44 - Tezliklə