Çin və ABŞ arasında təhlükəsizlik məsələləri müzakirə edilib

Çin və ABŞ arasında təhlükəsizlik məsələləri müzakirə edilib ABŞ müdafiə nazirinin Hind və Sakit okeanda təhlükəsizlik məsələləri üzrə köməkçisi Eli Retner və Çin Xarici İşlər Nazirliyinin Şimali Amerika və Okeaniya departamentinin rəhbəri Yan Tao iki ölkə arasında müdafiə və təhlükəsizlik əlaqələrini müzakirə edib
Digər ölkələr
3 Avqust , 2023 07:43
Çin və ABŞ arasında təhlükəsizlik məsələləri müzakirə edilib

ABŞ müdafiə nazirinin Hind və Sakit okeanda təhlükəsizlik məsələləri üzrə köməkçisi Eli Retner və Çin Xarici İşlər Nazirliyinin Şimali Amerika və Okeaniya departamentinin rəhbəri Yan Tao iki ölkə arasında müdafiə və təhlükəsizlik əlaqələrini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

ABŞ müdafiə nazirinin köməkçisi Pentaqonun Birləşmiş Ştatlar və Çin arasında hərbi kommunikasiya xətlərini açıq saxlamaq öhdəliyinə sadiqliyini vurğulayıb.

Bundan əvvəl Yan Tao ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink və Çin və Tayvan məsələləri üzrə baş direktor Sara Beran ilə görüşüb.

Danışıqlarda Ukrayna problemi qaldırılıb. Yan Tao Çinin Tayvan məsələsində sərt mövqeyini də açıqlayıb.

Son xəbərlər

Orphus sistemi