Yuxarı
    Bağlamaq

    ​Çin polisi 18 uyğuru öldürüb

    Rəsmi Pekin muxtar bölgədə uyğur məmur, tələbə və müəllimlərin oruc tutmasını qadağan edib

    Bakı. 24 iyun. REPORT.AZ/ Çinin Sincan-Uyğur Muxtar Bölgəsində polisin keçirdiyi əməliyyat nəticəsində azı 18 uyğur həyatını itirib.

    "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

    Polisin iddiasına əsasən, bölgənin Kaşqar şəhərindəki uyğurlar asayiş keşikçilərinə bıçaq və bomba ilə hücum edib. Həmin basqından sonra polisin keçirdiyi əməliyyat nəticəsində 15 uyğur şübhəli kimi tutulub, azı 18 uyğur isə öldürülüb.

    Məlumata görə, Ramazan ayı olması səbəbindən bölgədə həssaslıq artıb. Rəsmi Pekin bu muxtar bölgədə uyğur məmur, tələbə və müəllimlərin oruc tutmasını qadağan edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi