​Çin əhalisinin sayı açıqlanıb

​Çin əhalisinin sayı açıqlanıb Məlumata görə, əhalinin 54,7%-i şəhərdə, 45,23%-i isə kəndlərdə yaşayır
Digər ölkələr
26 Fevral , 2015 15:08
​Çin əhalisinin sayı açıqlanıb

Bakı. 26 fevral. REPORT.AZ/ Çin əhalisinin sayı 2014-cü ildə 7 milyon artaraq, 1 milyard 367 milyon 82 min nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda ölkənin 2014-cü ildə sosial-iqtisadi inkişafı üzrə statistik kommünikesində bildirilib.

Məlumata görə, əhalinin 54,7%-i şəhərlərdə, 45,23%-i isə kəndlərdə yaşayır.

Xatırladaq ki, əhali artımının sayına nəzarət etmək üçün 1970-ci illərdən Çində "bir ailə - bir körpə" siyasəti yürüdülür. Bu siyasətə əsasən, şəhər yerlərində bir ailəyə bir, kəndlərdə isə birinci övlad qız olsa, o halda ikinci uşağın dünyaya gətirilməsinə icazə verilir.

Ötən il hakimiyyət ailəsinin yeganə övladı olanların ikinci uşağı dünyaya gətirməsinə icazə verib. Ona görə də 2014-cü ilin sonunda milyonlarla ölkə vətəndaşı ikinci övlad sahibi olmaq üçün hakimiyyətə müraciət edib.

Çinin müvafiq rəsmi qurumunun rəhbəri Çjay Çjenvu bildirib ki, 2015-ci ildə yeni doğulanların sayı artacaq: "Hakimiyyət uşaqların planlı doğulması siyasətini zəiflətsə, ölkədə 5-8 ilədək "körpə bumu" yaşanacaq".

Son xəbərlər

Orphus sistemi