Çin ABŞ-ın məhdudiyyətlərinə simmetrik cavab vəd edib

Çin ABŞ-ın məhdudiyyətlərinə simmetrik cavab vəd edib “Vaşinqton öz kursunu dəyişməsə, Çin Amerika administrasiyasının tətbiq etdiyi məhdudiyyətlərə simmetrik cavab verməyə hazırdır”.
Digər ölkələr
13 İyul , 2024 02:43
Çin ABŞ-ın məhdudiyyətlərinə simmetrik cavab vəd edib

“Vaşinqton öz kursunu dəyişməsə, Çin Amerika administrasiyasının tətbiq etdiyi məhdudiyyətlərə simmetrik cavab verməyə hazırdır”.

“Report”un məlumatına görə, bunu “TASS”a Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Penyuy ABŞ-ın insan hüquqlarının müdafiəsi iddiası ilə bağlı bəzi Çin rəsmilərinə tətbiq etdiyi viza məhdudiyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin elan etdiyi məhdudlaşdırıcı tədbirlər beynəlxalq hüququn və münasibətlərin tənzimlənməsi üçün əsas normaların kobud şəkildə pozulmasıdır.

Sözçü qeyd edib ki, Pekin ABŞ-ı nüfuzdan salmağı dayandırmağa və Çin rəsmilərinə qarşı qeyri-qanuni birtərəfli sanksiyaları ləğv etməyə çağırır: “ABŞ kursu dəyişməkdən imtina edərsə, Çin çəkinməyəcək və simmetrik cavab verəcək”.

Son xəbərlər

Orphus sistemi