Çexiyada iki qatar toqquşub, 6 nəfər yaralanıb

Digər ölkələr
  • 04 mart, 2019
  • 13:48
Çexiyada iki qatar toqquşub, 6 nəfər yaralanıb

Bakı. 4 mart. REPORT.AZ/ Çexiyada iki qatarın toqquşması nəticəsində 6 nəfər yaralanıb.

“Report” “Yeniakit”ə istinadən xəbər verir ki, bunu Çexiya Dəmiryolları şirkətinin mətbuat katibi Peter Ştyaqlavski bildirib.

Onun sözlərinə görə, yaralı sərnişinlərdən birinin vəziyyəti çox ağırdır.

Toqquşan qatarlardan biri sərnişin qatarıdır.

Hadisənin səbəbi araşdırlır.