Çexiyada silahlı hücum zamanı 6 nəfər yaralanıb

Çexiyada silahlı hücum zamanı 6 nəfər yaralanıb Çexiyanın cənub-şərqindəki Tişnove şəhərində naməlum kişi altı nəfəri yaralayıb.
Digər ölkələr
12 Oktyabr , 2021 02:03
Çexiyada silahlı hücum zamanı 6 nəfər yaralanıb

Çexiyanın cənub-şərqindəki Tişnove şəhərində naməlum kişi hücum edərək altı nəfəri yaralayıb.

“Report”un xarici mətbuata istinadən məlumatına görə, bu barədə polisin nümayəndəsi David Xaloupka jurnalistlərə bildirib.

O, qeyd edib ki, kəsici-deşici xəsarətlər alan yaralılardan beşi ağır vəziyyətdədir. Hadisəni törədən şəxs saxlanılıb.

Bütün yaralılar xəstəxanalara aparılıb. Hadisə yerində istintaq qrupu işləyir.

Öz növbəsində Tişnova bələdiyyəsi də feysbukda məlumat verib ki, Yunqmannovoy küçəsində bir ailədə bədbəxt hadisə olub. Hadisəni törədən şəxs saxlanılıb, polis araşdırmaya başlayıb.

Şəhər rəhbərliyi sakinləri asayişə riayət etməyi xahiş edib.

Son xəbərlər

Orphus sistemi