Bakı. 26 iyul. REPORT.AZ/ Çexiyanın müdafiə naziri Lubomir Metnar bildirib ki, hazırda o, yaranmış vəziyyəti öyrənir və diplom işində ekspertlər tərəfindən aşkarlanmış plagiatlığa görə istefaya getməsi istisna olunmur.
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.
Onun diplom işi Ostrav şəhər universitetində 2004-cü ildə yazılıb. Çərşənbə axşamı bir neçə ekspert bildirib ki, digər müəlliflərin əsərlərindən çoxsaylı sitatlar diplom işində dırnaq işarəsi istifadə edilməyərək verildiyindən Metnarın diplom işi plagiat sayıla bilər. Bu, respublika hökumətinin plagiatlığı ifşa edilmiş artıq üçüncü üzvüdür.
Daha əvvəl ədliyyə naziri Tatyana Mala və əmək naziri Pyotr Krçal diplom işlərində əvvəlki illərin məzunlarının əsərlərindən aşkarlanan çoxsaylı plagiatlığa görə növbə ilə vəzifələrini tərk ediblər. Andrey Babişin baş naziri olduğu yeni kabinet iyunun 27-də işə başlayıb.