Cənubi Koreyanın hakim partiyası prezident vəzifəsinin müvəqqəti icraçısının impiçmentinin ləğvini tələb edir

Cənubi Koreyanın hakim partiyası prezident vəzifəsinin müvəqqəti icraçısının impiçmentinin ləğvini tələb edir Cənubi Koreyanın hakim "Xalq gücü" partiyası hesab edir ki, parlament prezident vəzifəsinin müvəqqəti icraçısı, Baş nazir Han Dok Sunun impiçmentini qayda pozuntularına yol verməklə həyata keçirib və prosedur etibarsız sayılmalıdır.
Digər ölkələr
28 Dekabr , 2024 12:41
Cənubi Koreyanın hakim partiyası prezident vəzifəsinin müvəqqəti icraçısının impiçmentinin ləğvini tələb edir

Cənubi Koreyanın hakim "Xalq gücü" partiyası hesab edir ki, parlament prezident vəzifəsinin müvəqqəti icraçısı, Baş nazir Han Dok Sunun impiçmentini qayda pozuntularına yol verməklə həyata keçirib və prosedur etibarsız sayılmalıdır.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi partiyanın nümayəndəsi So Ci Yona istinadən məlumat yayıb.

"Han Dok Sunun impiçmenti bu prosedurun həyata keçirilməsi üçün tələb olunan şərtlərə cavab verməməsi ilə əlaqədar ləğv edilməlidir. Həmçinin kvorum da olmayıb", - o bildirib.

Deputat izah edib ki, impiçment üçün parlamentarilərin üçdə ikisinin səsi tələb olunurdu. Lakin parlamentin spikeri U Von Sik sadə səs çoxluğunun kifayət edəcəyini elan edib.

So Ci Yon vurğulayıb ki, U Von Sik bununla Cənubi Koreya administrasiyasının fəaliyyətsizliyinə zəifləməsinə imkan yaradıb və bu addım qanunverici hakimiyyət orqanının səlahiyyətlərindən sui-istifadə kimi qiymətləndirilə bilər.

Cümə günü Cənubi Koreya parlamenti prezident vəzifəsinin müvəqqəti icraçısı, Baş nazir Han Dok Sunun hakimiyyətdən kənarlaşdırılmasına çağırıb. Bu postda onu baş nazirin müavini və maliyyə naziri Çxve San Mok əvəz edib. Daha sonra Çxve San Mok bəyan edib ki, ölkədə sabitliyin bərpası onun siyasətində prioritet təşkil edir.

Son xəbərlər

Orphus sistemi