Cənubi Koreyada yenidən prezidentin həbsinə order verilib

Cənubi Koreyada yenidən prezidentin həbsinə order verilib Cənubi Koreya məhkəməsi Koreya Respublikasının müvəqqəti vəzifədən kənarlaşdırılmış prezidenti Yun Sok Yolun həbsinə yenidən order verib.
Digər ölkələr
7 Yanvar , 2025 15:36
Cənubi Koreyada yenidən prezidentin həbsinə order verilib

Cənubi Koreya məhkəməsi Koreya Respublikasının müvəqqəti vəzifədən kənarlaşdırılmış prezidenti Yun Sok Yolun həbsinə yenidən order verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yüksək Vəzifəli Məmurlarla bağlı Antikorrupsiya Təhqiqatları İdarəsi məlumat yayıb.

"Yanvarın 7-də həbs orderi verilib", - qurumdan bildirilib. İdarənin əməkdaşları Seulun Qərb dairə məhkəməsinə "həbs qərarının müddətinin uzadılması məqsədilə order" üçün ərizə təqdim ediblər.

Əvvəlki həbs orderinin müddəti yanvarın 6-sı da daxil olmaqla qüvvədə idi.

Son xəbərlər

Orphus sistemi