Cənubi Koreyada hərbi helikopter qəzaya uğrayıb: 5 nəfər ölüb, 1 nəfər yaralanıb

Digər ölkələr
  • 17 iyul, 2018
  • 10:32
Cənubi Koreyada hərbi helikopter qəzaya uğrayıb: 5 nəfər ölüb, 1 nəfər yaralanıb

Bakı. 17 iyul. REPORT.AZ/ Cənubi Koreyanın Pxoxan şəhərinin yaxınlığındakı Hərbi Dəniz Donanmasının helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.

“Report” “koreaherald”a istinadən xəbər verir ki, bu barədə hospitaldan bildiriblər.

Helikopterin göyərtəsində 6 nəfər olub.

Hadisənin səbəbi araşdırılır.