Cənubi Koreya və KXDR hərbsizləşdirilmiş zonadakı iki rayonun minalardan təmizlənməsinə başlayıb

Cənubi Koreya və KXDR hərbsizləşdirilmiş zonadakı iki rayonun minalardan təmizlənməsinə başlayıb Bakı. 1 oktyabr. REPORT.AZ/ Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası (KXDR) liderlərinin son sammitində əldə olunmuş razılaşmaya əsasən, ölkələri ayıran hərbsizləşdirilmiş zonadakı iki rayonun minalardan təmizlənməsinə başlanılıb.
Digər ölkələr
1 Oktyabr , 2018 11:10
Cənubi Koreya və KXDR hərbsizləşdirilmiş zonadakı iki rayonun minalardan təmizlənməsinə başlayıb
0 : 00
0 : 00

Bakı. 1 oktyabr. REPORT.AZ/ Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası (KXDR) liderlərinin son sammitində əldə olunmuş razılaşmaya əsasən, ölkələri ayıran hərbsizləşdirilmiş zonadakı iki rayonun minalardan təmizlənməsinə başlanılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, müvafiq işlər Phanmuncom sərhəd məntəqəsi və Kanvondo əyalətinin Çxorvon mahalındakı Birləşmiş Təhlükəsizlik Zonasında başlayıb. Tərəflər ərazini minalardan təmizlədikdən sonra 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı ölən əsgərlərin qalıqlarının axtarışına başlayacaqlar.

Müdafiə Nazirliyinin nümayəndəsi intensiv döyüşlərin aparıldığı bu yerlərdə azı 500 nəfərin qalıqlarının olduğunu bildirib. Qazıntılar 2019-cu il aprelin 1-də başlayacaq və oktyabrın 31-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi