Cənubi Koreya prezidentinin mühafizə xidmətinin rəhbəri Pak Çon Çjun Koreya Respublikasının prezidenti səlahiyyətlərinin icraçısı Çxve San Moka istefa ərizəsini təqdim edib.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
"Direktor Pak Çon Çjun bu gün polis sorğusunda iştirak edir. Katiblik vasitəsilə prezident səlahiyyətlərini icra edən Çxve San Moka istefa ərizəsini təqdim edib", - prezidentin mühafizə xidmətindən bildirilib.