Cənubi Koreya prezidenti: "Koreya yarımadasında müharibə olmayacaq"

Cənubi Koreya prezidenti: "Koreya yarımadasında müharibə olmayacaq" Rusiya Prezidenti Vladimir Putin də cənubi koreyalı həmkarının qəti fikrini bölüşüb
Digər ölkələr
7 Sentyabr , 2017 11:18
Cənubi Koreya prezidenti: Koreya yarımadasında müharibə olmayacaq
Reuters/ Ahn Young-joon/Pool

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Koreya yarımadasında və ümumilikdə regionda müharibə olmayacaq".

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Koreya Respublikasının Prezidenti Mun Çje İn Dünya İqtisadi Forumunun plenar iclasında deyib.

Onun sözlərinə görə, bu gün xüsusilə Şimali Koreya problemi üzündən regionda xüsusi gərginlik var və beynəlxalq ictimaiyyət vəziyyəti sülh və diplomatik yolla həll etmək üçün Pxenyana qarşı sanksiyalar tətbiq edir, onlara təzyiq göstərir.

Öz növbəsində, Rusiya Prezidenti Vladimir Putin də cənubi koreyalı həmkarının Koreya yarımadasında müharibə olmayacağına dair qəti fikrini bölüşüb.

O, həmçinin qeyd edib ki, Yaponiyanın Baş naziri Sindzo Abe də münaqişənin diplomatik həllinin tərəfdarıdır.

Son xəbərlər

Orphus sistemi