Koreya Respublikasının Müdafiə Nazirliyi KXDR-dən gələn nüvə təhdidlərinin qarşısının alınması ilə məşğul olacaq strateji komandanlıq yaratmağı planlaşdırır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi və silahlı qüvvələr komandanlığının nümayəndələri arasında keçirilən görüşün yekunlarına dair məlumatında bildirilib.
“Görüşdə təsdiq edildi ki, 2024-cü ilin ikinci yarısına qədər genişləndirilmiş çəkindirmənin praktiki imkanlarını gücləndirmək və Şimali Koreyadan gələn nüvə təhdidinə cavab vermək üçün cavabdeh olan ayrıca strateji komandanlıq yaratmağa çalışılacaq. Koreya yarımadasındakı vəziyyətə uyğun olaraq Koreya Respublikası və ABŞ-nin nüvə qüvvələrinin və şərti silahlı qoşunlarının birləşmiş əməliyyatının həyata keçirilməsi üçün sistemin yaradılmasına çalışılacaq”, - məlumatda deyilir.
İclasda müdafiə naziri Şin Von, həmçinin təxribatlara əl atacağı və Koreya yarımadasında sülhü pozacağı təqdirdə Şimali Koreyanın darmadağın ediləcəyi ilə bağlı rəsmi Pxenyana xəbərdarlıq edib.