Cənubi Afrikada kimya müəssisəsində partlayış baş verib

Cənubi Afrikada kimya müəssisəsində partlayış baş verib Cənubi Afrika Respublikasının cənub-şərqindəki Durban liman şəhərinin Yeni Almaniya qəsəbəsində yerləşən bir kimya sənayesi müəssisəsində güclü partlayış və yanğın baş verib.
Digər ölkələr
8 Dekabr , 2020 18:22
Cənubi Afrikada kimya müəssisəsində partlayış baş verib

Cənubi Afrika Respublikasının cənub-şərqindəki Durban liman şəhərinin Yeni Almaniya qəsəbəsində yerləşən bir kimya sənayesi müəssisəsində güclü partlayış və yanğın baş verib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, hadisə yerində olan təbabətçi Qarrit Ceymison azı iki partlayış və güclü yanğın nəticəsində 13 nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini bildirib.

Hadisə yerinə bir neçə tibbi yardım və yanğın xidməti dəstəsi cəlb edilib, alovun söndürülməsi üçün tədbirlər görülür. Güclü külək üzündən söndürmə işlərinin çətinləşdiyi bildirilir. Ərazidən keçən yollar bağlanıb. Araşdırma aparılır.

Ötən cümə günü Durbanda yerləşən neftayırma müəssisəsindəki partlayış nəticəsində 7 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılmışdı.

Son xəbərlər

Orphus sistemi