Cenevrədə Suriya üzrə növbəti danışıqlar sentyabrın əvvəlində başlayacaq

Cenevrədə Suriya üzrə növbəti danışıqlar sentyabrın əvvəlində başlayacaq Hələlik bununla bağlı danışıqlar gedir
Digər ölkələr
18 Avqust , 2017 07:14
Cenevrədə Suriya üzrə növbəti danışıqlar sentyabrın əvvəlində başlayacaq
"RİA Novosti"

Bakı. 18 avqust. REPORT.AZ/ Cenevrədə Suriya üzrə növbəti danışıqlar sentyabrın əvvəlində başlaya bilər.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Agentliyin Suriya müxalifətinin nümayəndəsi Firas Xalidiyə istinadən verdiyi məlumata görə, hələlik bununla bağlı danışıqlar gedir.

"Bizdə danışıqların tarixi ilə bağlı aydın gündəlik yoxdur. Danışıqların sentyabrın 7-də Cenevrədə aparılması ilə bağlı müzakirələr gedir", - deyə müxalifət üzvü bildirib.

Bundan əvvəl BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura bildirib ki, Cenevrədə Suriya üzrə danışıqların yeni mərhələsinin sentyabrın birinci ongünlüyündə başlaması nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi