​Burundidə toqquşmalar zamanı onlarla insan həlak olub

​Burundidə toqquşmalar zamanı onlarla insan həlak olub Ölənlərin əksəriyyətinin üsyançı olduğu ehtimal edilir
Digər ölkələr
4 Yanvar , 2015 22:41
​Burundidə toqquşmalar zamanı onlarla insan həlak olub
Bakı. 4 yanvar. REPORT.AZ/ Burundi hərbçiləri üsyançılarla hökumət qüvvələri arasında baş verən döyüşlər zamanı onlarla insanın öldüyünü xəbər verirlər.

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, Konqo Demokratik Respublikasından iki yüzə yaxın üsyançı Burundinin şimal-qərb sərhədini keçib.

Bu addım ordu ilə bir neçə gün davam edən toqquşmalara gətirib çıxarıb. Ölənlərin əksəriyyətinin üsyançı olduğu ehtimal edilir. Burundi ordusu çoxlu sayda silah ələ keçirib. Üsyançıların hansı qruplaşmaya aid olduğu hələ ki, məlum deyil.

Son xəbərlər

Orphus sistemi