Burkino-Fasoda terrorçuların hücumu zamanı 20 əsgər həlak olub

Burkino-Fasoda terrorçuların hücumu zamanı 20 əsgər həlak olub Burkino-Fasonun təhlükəsizlik naziri Maksim Kone milli radioya açıqlamasında ölkənin şimalındakı Soum regionunda jandarm bölməsinin terror hücumuna məruz qaldığını xəbər verib.
Digər ölkələr
15 Noyabr , 2021 04:19
Burkino-Fasoda terrorçuların hücumu zamanı 20 əsgər həlak olub

Burkino-Fasonun təhlükəsizlik naziri Maksim Kone milli radioya açıqlamasında ölkənin şimalındakı Soum regionunda jandarm bölməsinin terror hücumuna məruz qaldığını xəbər verib.

“Report”un məlumatına görə, bu barədə “Habertürk” xəbər yayıb. Məlumata görə, hücum zamanı 20 əsgər həlak olub.

Hücum zamanı neçə hərbçinin yaralanması, terrorçuların itkiləri barədə xəbər verilmir.

Qeyd edək ki, Burkino-Faso qonşusu Nigerlə birgə əməliyyatlar keçirsə də, onşu Malidəki terror qruplaşmalarını zəiflədə bilmir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, ilin əvvəlindən 17 500 nəfər təhlükəsizlik səbəbi ilə ölkəni tərk etməli olub.

Son xəbərlər

Orphus sistemi