Bundestaq (Almaniya parlamenti) tezliklə fraksiyalararası qrupların tələbi ilə bağlı səsvermə keçirəcək. Səsvermənin nəticəsinə əsasən Almaniya Federal Konstitusiya Məhkəməsi sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının fəaliyyətini qadağan etməyi nəzərdən keçirməlidir.
“Report” xəbər verir ki, bu barədə “Die Welt” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bu təklif “Almaniya Sosial Demokrat Partiyası”, “Yaşıllar”, “Xristian Demokrat və Xristian Sosial Birlikləri”nin müxalif mühafizəkar bloku və “Sol Partiya”dan olan ayrı-ayrı deputatlar tərəfindən dəstəklənir.
Sorğu Bundestaqın 40 üzvü tərəfindən bir neçə ay ərzində hazırlanıb və cümə günü tamamlanıb. Təşəbbüskarlardan biri deputaı Marko Vandervits idi. Fraksiyalararası sorğu vermək üçün 37 deputat lazımdır. Yuxarıdakı fraksiyalardan ən azı 10 deputat AfD-nin qadağan edilməsi təklifini dəstəkləyir. Müraciətdə hökumətin partiyadan ayrılan maliyyə vəsaitinin geri çəkilməsi ilə bağlı alternativ təklif də var.
Ərizənin təsdiqlənməsi üçün Bundestaqda sadə səs çoxluğu tələb olunur. Əgər varsa, ətraflı sorğu hazırlanacaq. Belə olan halda Federal Konstitusiya Məhkəməsi bu qadağa tələbinin məqbul və əsaslı olub-olmadığını nəzərdən keçirməli olacaq.
Ölkədə “Almaniya üçün Alternativ” partiyasını sağçı populist partiya adlandırırlar. Digər siyasi qüvvələr onunla hansısa koalisiya çərçivəsində - nə federal, nə də regional səviyyədə əməkdaşlıq etməyi qeyri-mümkün hesab edir. Eyni zamanda, son ictimai rəy sorğularına görə, partiyanın reytinqi 19-20% arasındadır.
Qeyd edək ki, Almaniyada Avropa Parlamentinə keçirilən seçkilərdə sağçı “Almaniya üçün Alternativ” partiyası (AfD) 15,9 faiz səs toplayaraq ikinci yeri tutub.