Bu ilin əvvəlindən Fransada 48 polis intihar edib

Bu ilin əvvəlindən Fransada 48 polis intihar edib Fransada bu ilin səkkiz ayı ərzində 48 polis özünü öldürüb.
Digər ölkələr
9 Sentyabr , 2019 14:20
Bu ilin əvvəlindən Fransada 48 polis intihar edib

Fransada bu ilin səkkiz ayı ərzində 48 polis özünü öldürüb. 

“Report“un Fransa bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Beləliklə, Fransada hər 4 gündə 1 polis intihar edir.

Qeyd edək ki, 2018-ci ildə 35 polis 33 jandarm həyatına son qoyub. 2017-ci ildə isə özünü öldürən polislərin sayı 50 nəfər olub.

Eyni səbəbdən ən çox polisin öldüyü il 1996-cı il olub. Həmin ildə Fransada intihar edən polislərin sayı 70 nəfər qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi