Brüsseldə Rusiya, Ukrayna və Aİ arasında qaz tədarükü üzrə danışıqlar aparılıb

Brüsseldə Rusiya, Ukrayna və Aİ arasında qaz tədarükü üzrə danışıqlar aparılıb Tərəflər yekun razılığa gələ bilməyiblər
Digər ölkələr
30 Oktyabr , 2014 10:47
Brüsseldə Rusiya, Ukrayna və Aİ arasında qaz tədarükü üzrə danışıqlar aparılıb
Bakı. 30 oktyabr. REPORT.AZ/ Brüsseldə Ukrayna-Rusiya-Avropa İttifaqı arasında üçtərəfli formatda danışıqlar aparılıb.

"Report" Rusiya KİV-inə əsasən, xəbər verir ki, tərəflər qazın tədarükü ilə bağlı yekun qərar əldə etməyiblər.

RF-nin energetika naziri Aleksandr Novak qeyd edib ki, Rusiya əvvəlcədən ödəmə şərtilə Ukrayna ilə qaz planı imzalamağa hazırdır. 

Öz növbəsində "Qazprom"un rəhbəri Aleksey Miller bildirib ki, Rusiya, Ukrayna və Avropa İttifaqı arasında üçtərəfli protokolun bütün prinsipial müddəaları tərəflərin hər üçü tərəfindən razılaşdırılıb. Onun sözlərinə görə, Ukrayna və Avropa Komissiyası arasında Rusiya qazının ödənilməsinin maliyyə zəmanətlərinə dair protokol razılaşdırılmayıb. Həmin protokol olmadan digər sənədlər imzalanmayacaq. 

Danışıqlar bu gün davam edəcək. 

Son xəbərlər

Orphus sistemi