Britaniyanın İcmalar Palatası "Brexit" haqqında qanun layihəsini təsdiq edib
Digər ölkələr
- 08 fevral, 2017
- 21:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 fevral. REPORT.AZ/ Böyük Britaniyanın İcmalar Palatası krallığın Avropa İttifaqından çıxma prosedurunun qüvvəyə minməsinə dair qanun layihəsini (bill) sonuncu – üçüncü oxunuşda səs çoxluğu ilə qəbul ediblər.
"Report" xəbər verir ki, hökumətin daxil etdiyi qanun layihəsinin lehinə 494 deputat, əleyhinə isə 122 deputat səs verib.
Qanun layihəsi heç bir düzəliş olmadan, hökumətin təqdim etdiyi şəkildə qəbul olunub.
İndi baş nazir Tereza Meyə Avropa İttifaqına dair Lissabon müqaviləsinin 50-ci maddəsindən istifadə etmək hüququ verən bill qanunverici orqanın ali palatası olan Lordlar Palatasının gündəliyinə daxil ediləcək. Palata təqribən fevralın 20-də qanun layihəsinin müzakirəsinə başlayacaq.
Son xəbərlər
10:28
Sahil Babayev: "Xəzinə ödənişlərinin müddəti 2 saata endiriləcək"
Maliyyə
10:23
Azərbaycanda 3 milyard manatdan çox dövlət satınalma müqaviləsi elektron imzalanıb
Maliyyə
10:23
Yaxşı eşitmə qabiliyyəti - fəallıq və uzunömürlülük üçün
Sağlamlıq
10:21
Nazir: "Dövlət büdcəsinin 60 %-i elektron qaydada proqnozlaşdırılacaq"
Maliyyə
10:17
Azərbaycanda rəqəmsal dövlət maliyyə informasiya sisteminin icrasına başlanılıb
Maliyyə
10:16
Sahil Babayev: "Rəqəmsallaşma istiqamətində sürətli və kompleks addımlar atılır"
Maliyyə
10:11
IMF: Azərbaycan iqtisadiyyatının artımı 2031-ci ildə 2,5 % təşkil edəcək
Maliyyə
10:09
IMF: Azərbaycan 2026-cı ildə konsolidasiya siyasətinin icrasını davam etdirəcək
Maliyyə
10:07
IMF bu il Azərbaycanın xarici mövqelərinin yaxşılaşmasının sürətlənəcəyini proqnozlaşdırır
Maliyyə