Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukraynanın paytaxtı Kiyevə səfərə gəlib.
“Report”un məlumatına görə, bu barədə o, “X” sosial şəbəkəsində hesabında yazıb.
“Mən Ukraynaya sadə bir ismarış çatdırmaq üçün gəlmişəm. Bizim dəstəyimiz zəifləyə bilməz və zəifləməyəcək də”, - o qeyd edib.
Britaniya Baş naziri Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Böyük Britaniya və Ukrayna təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalayacaqlar.
“Report”un xəbərinə görə, bu barədə Britaniya hökuməti məlumat yayıb.
Sənədi yanvarın 12-də Kiyevdə Krallığın Baş naziri Rişi Sunak və Ukrayna Prezidenti Volodimir Zelenski imzalayacaq.
“Bu gün Baş nazir Sunak və Prezident Zelenski Böyük Britaniya və Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair tarixi saziş imzalayacaqlar”, - məlumatda vurğulanıb.
Bildirilib ki, bu sazişlə Britaniya Ukraynanın təhlükəsizlik, o cümlədən kəşfiyyat məlumatlarının mübadiləsi, kibertəhlükəsizlik, tibbi və hərbi təlimlər, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlığa verdiyi və bundan sonra verəcəyi dəstəyi rəsmiləşdirir.
Böyük Britaniyanın Baş naziri Rişi Sunak yanvarın 12-də Ukraynaya səfər edəcək.
“Report”un xəbərinə görə, bu barədə Britaniya hökuməti məlumat yayıb.
“Baş nazir bu gün yeni böyük dəstək paketini açıqlamaq və Ukrayna ilə sıx tərəfdaşlığa sadiqliyini təsdiqləmək üçün Kiyevə səfər edəcək”, - məlumatda qeyd edilib.
Bildirilib ki, Böyük Britaniya Ukraynaya ayrılan maliyyə vəsaitini 2,5 milyard funt-sterlinqə qədər artıracaq.