Bakı. 8 may. REPORT.AZ/ Britaniyada parlament seçkisi başa çatıb. "Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Xəbərə görə, "ekzit-poll"un nəticələrinə əsasən, Mühafizəkarlar Partiyası parlamentdə 315 deputatla, Leyboristlər 239, Şotlandiya Milli Partiyası isə 58 deputatla təmin oluna bilər.
Məlumatda bildirilib ki, "ekzit -poll"un nəticəsi doğru çıxarsa, o zaman koalisiya hökuməti qurulacaq. Parlamentə 650 deputat seçilməlidir. Birpartiyalı hökumətin qurulması üçün indiki hökumət başçısı Devid Kemeronun başçılıq etdiyi Mühafizəkarlar Partiyası 326 deputat yeri qazanmalıdır.
Xatırladaq ki, səsvermənin ilkin nəticələri mayın 8-də günün ikinci yarısı elan ediləcək.
Mayın 27-də Böyük Britaniya kraliçası II Yelizavetanın yeni hökumətin proqramını oxuması ilə təzə seçilən parlament fəaliyyətə başlayacaq.