Britaniya Müdafiə Nazirliyində genişmiqyaslı islahat keçiriləcək

Britaniya Müdafiə Nazirliyində genişmiqyaslı islahat keçiriləcək Böyük Britaniya hökuməti 50 ildən artıq müddətdə Müdafiə Nazirliyinin ən böyük islahatını həyata keçirəcək.
Digər ölkələr
26 Oktyabr , 2024 03:14
Britaniya Müdafiə Nazirliyində genişmiqyaslı islahat keçiriləcək

Böyük Britaniya hökuməti 50 ildən artıq müddətdə Müdafiə Nazirliyinin ən böyük islahatını həyata keçirəcək.

“Report”un məlumatına görə, bu barədə ölkə hökumətinin saytında verilən açıqlamada deyilir.

Hökumətin məlumatına görə, Böyük Britaniya Müdafiə Nazirliyinin islahatı artan qlobal təhdidlər — Rusiya-Ukrayna münaqişəsi və Yaxın Şərqdəki vəziyyət fonunda elan edilib.

“Müdafiə naziri Dövlət Hesablamalar Komitəsinin “sınıq” müdafiə satınalma sistemi kimi təsvir etdiyi sistemi düzəltmək və Böyük Britaniyanın müdafiəsini gücləndirmək üçün nazirlikdə son 50 ildə ən böyük islahatına start verib”, - məlumatda deyilir.

Bundan əvvəl Britaniyanın müdafiə naziri Con Xili Birləşmiş Krallığın Silahlı Qüvvələrinin müharibəyə hazır olmadığını bildirib. O xatırladıb ki, NATO-nun siyasətinə uyğun olaraq Böyük Britaniya Şimali Atlantika Alyansının digər üzvlərini müdafiə etməyə və mümkün təcavüzün qarşısını almaqda effektiv olmağa hazır olmalıdır.

Son xəbərlər

Orphus sistemi