Britaniya qeyri-qanuni miqrantların Ruandaya deportasiyası haqqında sazişi yeniləyib

Britaniya qeyri-qanuni miqrantların Ruandaya deportasiyası haqqında sazişi yeniləyib Böyük Britaniyanın daxili işlər naziri Ceyms Kleverlinin Kiqaliyə səfəri zamanı Britaniya hakimiyyətinə qeyri-qanuni miqrantların Ruandaya deportasiyasına icazə verən yenilənmiş saziş imzalanıb.
Digər ölkələr
5 Dekabr , 2023 20:50
Britaniya qeyri-qanuni miqrantların Ruandaya deportasiyası haqqında sazişi yeniləyib

Böyük Britaniyanın daxili işlər naziri Ceyms Kleverlinin Kiqaliyə səfəri zamanı Britaniya hakimiyyətinə qeyri-qanuni miqrantların Ruandaya deportasiyasına icazə verən yenilənmiş saziş imzalanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə diplomat mətbuat konfransı zamanı bildirib.

Bu addım Britaniya hökumətinə yaxın aylarda Boris Consonun kabinetinin il yarımdan çox əvvəl təqdim etdiyi qeyri-qanuni mühacirlərlə mübarizə planını həyata keçirməyə başlamağa imkan verməlidir.

“Bu tarixi saziş beynəlxalq hüquq çərçivəsində hüquqi cəhətdən məcburidir və tərəfdaşlığımızın bir hissəsi olaraq Ruandaya göndərilənlərin həyatlarının və azadlıqlarının risk altında olduğu ölkələrə deportasiya ilə üzləşməməsini təmin edəcək”, - Kleverli deyib.

Xatırladaq ki, noyabrda Böyük Britaniya Ali Məhkəməsi hökumətin qeyri-qanuni immiqrantları Afrika ölkəsinə göndərmək planını qeyri-qanuni elan edərək, Apellyasiya Məhkəməsinin daha əvvəl bu təcrübənin təhlükəsiz ola bilməyəcəyi ilə bağlı qərarı ilə razılaşmışdı. Hakimlər sığınacaq axtaranların sonradan Ruandadan öz ölkələrinə köçürülməsi halında pis rəftar riski ilə üzləşəcəyini düşünmək üçün ciddi əsaslar olduğunu bildiriblər.

Kleverlinin sözlərinə görə, Ruanda hökuməti ilə əldə edilmiş yeni razılaşma bu problemi həll edir və bu, artıq qarşıdakı aylarda Böyük Britaniyadan Ruandaya qeyri-qanuni miqrantların göndərilməsinə başlamağa imkan verməlidir.

Böyük Britaniya hakimiyyəti bir neçə ildir mütəşəkkil cinayətkar qruplar tərəfindən dəniz yolu ilə ölkəyə gətirilən qeyri-qanuni mühacirlərin problemini həll etməyə çalışır. Mühafizəkar hökuməti Ruandaya göndərilmə ehtimalının Britaniyanı Fransadan dəniz yolu ilə qeyri-qanuni yollarla gələnlərin əksəriyyətini təşkil edən Albaniya, Əfqanıstan, İraq, İran və Suriyadan olan qeyri-qanuni immiqrantlar üçün daha az cəlbedici edəcəyini düşünür.

Son xəbərlər

Orphus sistemi