Britaniya Qayana sahillərində hərbi gəmisini yerləşdirəcək

Britaniya Qayana sahillərində hərbi gəmisini yerləşdirəcək Böyük Britaniyaya məxsus hərbi gəmi Qayana sahillərində yerləşdiriləcək.
Digər ölkələr
25 Dekabr , 2023 02:46
Britaniya Qayana sahillərində hərbi gəmisini yerləşdirəcək

Böyük Britaniyaya məxsus hərbi gəmi Qayana sahillərində yerləşdiriləcək.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.

Britaniya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, “Trent” patrul gəmisi London tərəfindən Venesuelanın ərazi iddiaları ilə üzləşən keçmiş Britaniya koloniyasına dəstək nümayişi kimi Cənubi Amerikaya göndəriləcək.

Qəzetin yazdığına görə, top və pulemyotlarla silahlanmış “Trent” əsasən terrorla mübarizə təlimlərində istifadə olunur, həmçinin dəniz quldurluğu və qaçaqmalçılığın qarşısının alınması əməliyyatlarında iştirak edir.

“Trent”in heyəti 65 nəfərdən ibarətdir. Gəminin göyərtəsinə helikopter də enə bilir.

Son xəbərlər

Orphus sistemi