​Britaniya əhalisinin sayı açıqlanıb

​Britaniya əhalisinin sayı açıqlanıb Krallığın əhalisi qocalır
Digər ölkələr
23 İyun , 2016 14:31
​Britaniya əhalisinin sayı açıqlanıb

Bakı. 23 iyun. REPORT.AZ/ Ötən il Britaniya əhalisinin sayı 513 min nəfər çoxalıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda Böyük Britaniya Milli Statistika Bürosu məlumat yayıb.

İnformasiyaya əsasən, 2015-ci ildə krallığın əhalisi 65,1 milyon nəfər olub. Bu, 2014-cü illin göstəricisindən 513 min nəfər çoxdur.

Məlumata görə, əhalinin sayının artmasına səbəb mühacir axınıdır. Ötən il ərzində Britaniyadan 335,6 min mühacir sığınacaq alıb.

Ölkədə yeni doğulanlar ölənlərdən çox olduğundan əhalinin sayında təbii artım müşahidə edilərək, 2015-ci ildə təbii artım 171,8 min nəfər olub. Bununla belə, ötən il təbii artımda azalma olub.

Büronun hesabatına əsasən, krallığın əhalisi qocalır. Hazırda Britaniyada 65 yaşı olan 11,6 milyon nəfər yaşayır. Onlar ölkə əhalisinin 17,8 faizini təşkil edir. Krallıqdakı 85 yaşlıların sayı 1,5 milyondur ki, o da ümumi əhalinin 2,3 faizidir. 

Son xəbərlər

Orphus sistemi