Böyük Britaniya vətəndaşlarının təxliyəsi üçün Əfqanıstanın paytaxtı Kabilə son təyyarə reysini gələn həftənin çərşənbə axşamı günü həyata keçirməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən
Nəşri məlumatlandıran mənbələrdən birinin sözlərinə görə, bu tarix rəsmən uyğunlaşdırılmayıb.
Bundan əvvəl Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, ötən həftənin bazar günündən Kabildən krallığa reyslə 1,2 min nəfər gətirilib. Britaniyanın Əfqanıstandakı səfiri isə deyib ki, krallıq öz vətəndaşlarının və bu hüquqa malik olan əfqanların təxliyəsinin təşkili üçün “taliblər”lə "taktiki, praktik səviyyədə" işləyir.
BBC teleradio şirkəti Birləşmiş Krallığın Müdafiə Nazirliyinə istinadən Britaniyanın öz vətəndaşlarının Kabildən təxliyə prosesində təhlükəsizliyin təmin olunması üçün Əfqanıstana daha 200 nəfər hərbi qulluqçu göndərəcəyi barədə məlumat yayıb. Beləliklə, Kabil aeroportunda Britaniyanın təxminən 900 nəfər hərbi qulluqçusu patrul xidməti həyata keçirəcək.