Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var
Digər ölkələr
- 16 fevral, 2025
- 06:15
Braziliyanın cənub-şərqində, San-Paulo ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Bu barədə "Report" yerli G1 telekanalına istinadən məlumat verir.
Məlumata görə, hadisə Kuadra şəhərində baş verib. Səmaya qalxandan bir müddət sonra təyyarə qamışlıq sahəyə düşüb, nəticədə göyərtəsində olan 77 yaşlı kişi və 74 yaşlı qadın həlak olub.
Qeyd olunur ki, təyyarə yerli mülki aviasiya xidmətində qeydiyyatda olub, müvafiq yoxlamadan keçib və saz vəziyyətdə olub.
Qəzanın səbəbləri araşdırma nəticəsində müəyyən ediləcək.
Son xəbərlər
20:55
Video
Yunanıstanda qəzaya uğrayan qırıcının pilotları həlak olub – YENİLƏNİB
Hadisə20:53
İndoneziyada pulsuz yemək yüzlərlə şagirdi zəhərləyib
Digər ölkələr20:50
Türkiyədə tanınmış müğənni saxlanılıb
Region20:34
İranda neft tanker partlayıb, on nəfər ölüb
Region20:26
Premyer Liqa: "Sabah" "Zirə"ni böyük hesabla məğlub edib
Futbol20:24
Pyer Qasli "Formula-1" İtaliya Qran-prisinin təsnifat mərhələsini qazanıb
Formula 120:11
Zelenski: Sabah Kiyevdə Uitkoff və Kuşnerlə danışıqlar baş tutacaq
Digər ölkələr19:55
Türkiyədə aktyor evində ölü tapılıb
Region19:50