Braziliyada baş verən təyyarə qəzasında iki nəfər həlak olub, altı nəfər xəsarət alıb - YENİLƏNİB

Digər ölkələr
  • 07 fevral, 2025
  • 13:22
Braziliyada baş verən təyyarə qəzasında iki nəfər həlak olub, altı nəfər xəsarət alıb - YENİLƏNİB

Braziliyanın San-Paulo şəhərində təyyarə qəzası nəticəsində xəsarət alanların sayı altı nəfərə çatıb.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə San-Paulonun Yanğınsöndürmə Xidməti sosial şəbəkələrdə məlumat yayıb.

"Təyyarə nəqliyyat vasitələrinin üzərinə düşüb. İki nəfər həlak olub, altı nəfər xəsarət alıb", - məlumatda bildirilib.

15:38

Braziliyanın San-Paulo şəhərində təyyarə qəzası nəticəsində iki nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.

"Hadisə nəticəsində azı iki nəfər həlak olub, bir nəfər xəsarət alıb", - məlumatda qeyd olunub.

Qeyd edək ki, daha əvvəl San-Pauloda kiçik təyyarənin avtomobillərin üzərinə düşməsi barədə məlumat verilmişdi. Təyyarənin avtobusun üzərinə düşdüyü qeyd olunurdu.

Son xəbərlər

Bütün Xəbər Lenti