Braziliyada tanınmış iş adamı nəvələri ilə birgə təyyarə qəzasında ölüb
Digər ölkələr
- 15 avqust, 2024
- 21:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Braziliyanın mərkəzi Matu-Qrosu ştatında kiçik ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində tanınmış iş adamı Arni Spirinq də daxil olmaqla 5 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə yerli “G1” portalı ştatın hərbi polisinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, “King Air” təyyarəsi Apiakas bələdiyyəsinin kənd ərazisinə düşüb. Təyyarə qəzasının qurbanları 70 yaşlı iş adamı Arni Spirinq, onun iki nəvəsi, Spirinqin həmkarı və pilot olub.
Ştat polisinin məlumatına görə, təyyarə havada partlayıb, daha sonra fermanın yaxınlığında yerə çırpılıb. Hadisənin səbəbləri araşdırılır.
Son xəbərlər
13:38
Paşinyan: Rusiya sərhədçiləri qarşıdakı illərdə Ermənistanı tərk edəcək
Digər
13:35
"Beşiktaş" - "Qalatasaray" oyununun baş hakimi açıqlanıb
Futbol
13:34
Paşinyan: Yeni Konstitusiya layihəsini ekspertiza üçün Venesiya Komissiyasına göndərəcəyik
Region
13:30
Azərbaycan 5 Afrika ölkəsinə sürtkü yağları tədarük etməyə başlayıb
Energetika
13:29
Ermənistan Rusiyaya ixrac məhdudiyyətlərinə görə Avrasiya Məhkəməsinə müraciət edəcək
Region
13:22
Hans-Diter Flik Bakıdakı oyundan sonra UEFA Çempionlar Liqasının tarixinə düşüb
Futbol
13:21
Foto
Vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı iş adamları ilə görüş keçirilib
Biznes
13:21
Foto
Azərbaycan "China Datang Corporation Ltd." ilə "yaşıl enerji" üzrə əməkdaşlığı müzakirə edib
Energetika
13:17
Foto
Koreya hökuməti Respublika Pediatriya Mərkəzinə tibbi avadanlıqlar ianə edib
Sağlamlıq