Braziliyada son sutkada on minlərlə insanda virus aşkarlandı

Braziliyada son sutkada on minlərlə insanda virus aşkarlandı Son sutkada Braziliyada COVID-19-a 40 mindən çox yoluxma aşkarlanıb.
Digər ölkələr
332
11 Sentyabr , 2020 05:48
Braziliyada son sutkada on minlərlə insanda virus aşkarlandı

Son sutkada Braziliyada COVID-19-a 40 mindən çox yoluxma aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə TASS yerli Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Son məlumata görə, respublikada koronavirusa sutkalıq yoluxma 40 557 təşkil edib. Pandemiyanın başlanğıcından ölkədə təhlükəli infeksiyaya 4 238 446 sakin yoluxub. 

Qeyd edilir ki, 129 552 pasiyent təhlükəli infeksiyanın qurbanı olub, onlardan 983 son sutkada vəfat edib. Eyni zamanda koronavirusa yoluxmuş 3 497 337 nəfər sağalıb.

Braziliya dünyada koronavirusa yoluxma hallarının sayına görə ikinci yerdədir. Ölkə virus daşıyıcılarının sayı üzrə yalnız ABŞ-dan geri qalır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Hazırda virus 218 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-u pandemiya elan edib. 

Son xəbərlər

Orphus sistemi