Braziliyada son sutkada COVID-19-dan ölənlərin sayı rekord həddə çatdı

Braziliyada son sutkada COVID-19-dan ölənlərin sayı rekord həddə çatdı Braziliyada 18 mindən çox insan koronavirusun qurbanı olub.
Digər ölkələr
20 May , 2020 17:07
Braziliyada son sutkada COVID-19-dan ölənlərin sayı rekord həddə çatdı
0 : 00
0 : 00

Braziliyada 18 mindən çox insan koronavirusun qurbanı olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 272 minə çatıb. Bu göstərici ilə Braziliya ABŞ (1,5 milyon pasiyent) və Rusiyadan (309 min pasiyent) sonra 3-cü yerdədir.

Nazirlik bildirib ki, ölkədə son sutkada COVID-19-dan rekord sayda - 1 179 nəfər pasiyent ölüb. Sonuncu dəfə ən yüksək göstərici mayın 12-də - 881 nəfər olub.

Son xəbərlər

Orphus sistemi