Braziliyada təyyarə qəzası zamanı sərnişinlərin hamısı ölüb - YENİLƏNİB

Braziliyada təyyarə qəzası zamanı sərnişinlərin hamısı ölüb - YENİLƏNİB Braziliyada göyərtəsində 58 sərnişin və 4 ekipaj üzvü olan sərnişin təyyarəsi ölkənin cənub-şərqindəki San Paulo əyalətindəki Vinyedu bələdiyyəsi ərazisində qəzaya uğrayıb.
Digər ölkələr
9 Avqust , 2024 23:11
Braziliyada təyyarə qəzası zamanı sərnişinlərin hamısı ölüb - YENİLƏNİB

Braziliyada təyyarənin düşməsindən heç kim sağ qalmayıb.

“Report” xəbər verir ki, bu barədə Vineydu şəhərinin prefekturası məlumat yayıb.

Təyyarə Kaskaveldən (Parana ştatı) 58 sərnişin və dörd heyət üzvü ilə Quarulyos (San Paulo ) istiqamətində uçurmuş. Vineydu şəhərinin yaşayış yerlərindən birinə düşüb. Hadisə zamanı şəhərin təyyarənin düşdüyü ərazidəki heç bir sakini xəsarət almayıb.

Qəzanın səbəbləri məlum deyil.

21:44

Braziliyada göyərtəsində 58 sərnişin və 4 ekipaj üzvü olan sərnişin təyyarəsi ölkənin cənub-şərqindəki San Paulo əyalətindəki Vinyedu bələdiyyəsi ərazisində qəzaya uğrayıb.

“Report”un məlumatına görə, bu barədə G1 portalı xəbər yayıb.

Məlumata görə, söhbət ATR 72 modelinin təxminən 68 sərnişinin daşınması üçün nəzərdə tutulmuş təyyarəsindən gedir. Təyyarə Kaskaveldən Quarulosa daxili reys edib.

Portal ölənlər və ya xəsarət alanlar haqqında məlumat verməyib.

Son xəbərlər

Orphus sistemi