Braziliyada nümayişçilər daha bir nazirliyin binasını yandırıblar

Braziliyada nümayişçilər daha bir nazirliyin binasını yandırıblar Paytaxtda prezident əleyhdarlarının kütləvi aksiyası keçirilir
Digər ölkələr
25 May , 2017 00:16
Braziliyada nümayişçilər daha bir nazirliyin binasını yandırıblar

Bakı. 25 may. REPORT.AZ/ Braziliyada daha bir nazirliyin binası yandırılıb. Nümayişçilər bu dəfə Maliyyə Nazirliyini hədəfə alıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "Brasil de Fato" portalı yazıb.

Bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin yandırıldığı xəbər verilmişdi.

Paytaxtda prezident Mişel Temer əleyhdarlarının kütləvi aksiyası keçirilir. Etirazçılar onun istefasını və növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirlər.

Müxtəlif məlumatlara görə, aksiyalarda 150 mindən çox insan iştirak edir.

İğtişaş zonasına hökumət binalarının qorunması üçün hərbçilər cəlb olunub.

Etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi