Brastislavada hökumət əleyhinə etirazlar olub, saxlanılanlar var

Brastislavada hökumət əleyhinə etirazlar olub, saxlanılanlar var Slovakiyanın paytaxtı Bratislavada ölkə hakimiyyətinə qarşı etiraz aksiyası keçirilib.
Digər ölkələr
1 Sentyabr , 2021 23:25
Brastislavada hökumət əleyhinə etirazlar olub, saxlanılanlar var

Slovakiyanın paytaxtı Bratislavada ölkə hakimiyyətinə qarşı etiraz aksiyası keçirilib.

"Report" bu barədə Slovakiya radiosuna istinadən xəbər verir.

Ölkənin Konstitusiya Gününə təsadüf edən aksiyalarda yüzlərlə nümayişçi iştirak edib. Onlar Slovakiya Prezidentinin sarayı yaxınlığında və Bratislavanın mərkəzində sıxlıq olan yerlərdə nəqliyyatın qarşısını almağa çalışıblar.

Polis aqressiv etirazçılara qarşı gözyaşardıcı qaz və rezin dəyənəklərdən istifadə edib. Bir neçə etirazçı saxlanılıb.

Milli parlamentdə təmsil olunan sağçı radikal "Xalq Partiyası" fəallarının da iştirak etdiyi nümayişdə prezidentin, hökumətin istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsi tələb edilib.

Son xəbərlər

Orphus sistemi