Yuxarı
    Bağlamaq

    BQXK-nin Əfqanıstanda qaçırılan əməkdaşı azad edilib

    Təhlükəsizlik məsələsinə görə BQXK əməkdaşını qaçıranların kimliyini, bunun səbəbləri və  azadetmənin detalları açıqlanmayıb

    Bakı. 16 yanvar. REPORT.AZ/ Ötən il dekabrın 19-da Əfqanıstanın Kunduz əyalətində qaçırılan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşı azad edilib.

    "Report" xəbər verir ki, bununla bağlı BQXK açıqlama yayıb. 

    Məlumata görə, təşkilatın əməkdaşı Xuan Karlos BQXK-nın Kunduz ofisindən Mazari-Şərifdə yerləşən ofisə gedərkən qaçırılıb. O, üç həmkarı ilə birgə qaşırılmışdı. 

    BQXK-nın Əfqanıstandakı ofisi ölkə hakimiyyətinə və əməkdaşının azad edilməsində rol oyanyan hər kəsə təşəkkür edib.

    Bununla yanaşı, təhlükəsizlik məsələsinə görə BQXK əməkdaşını qaçıranların kimliyini, bunun səbəbləri və  azadetmənin detalları açıqlanmayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi