Böyük Britaniya yarım ildə Səudiyyə Ərəbistanına 1,4 milyard dollarlıq silah satıb

Böyük Britaniya yarım ildə Səudiyyə Ərəbistanına 1,4 milyard dollarlıq silah satıb Yanvardan martadək 369 milyon, apreldən iyuna qədər 1,1 milyard dollarlıq silah satılıb
Digər ölkələr
25 Oktyabr , 2017 08:09
Böyük Britaniya yarım ildə Səudiyyə Ərəbistanına 1,4 milyard dollarlıq silah satıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Böyük Britaniya bu ilin yarım ili ərzində Səudiyyə Ərəbistanına 1,4 milyard dollarlıq silah və hərbi texnika ixrac edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" bildirib.

Qeyd olunur ki, yanvardan marta qədər London Ər-Riyada 369 milyon dollarlıq, apreldən iyuna qədər isə 1,1 milyard dollarlıq silah satıb. Liberal Demokratlar Partiyası sədrinin müavini Co Suinson Britaniya hökumətini dərhal Yəmən münaqişəsində istifadə edilən və minlərlə dinc insanın ölümünə səbəb olan silahların satışını dayandırmağa çağırıb.

"Onlar Yəməndə öz əməliyyatlarını dayandırmayınca, Səudiyyə Ərəbistanına milyard funtlarla qiyməti olan silah satmağa heç bir əsas yoxdur. Biz Səudiyyə Ərəbistanına silah satışını dərhal dayandırmağa borcluyuq", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi