Britaniya İsveçin ardınca Finlandiya ilə təhlükəsizlik sazişi imzalayıb

Britaniya İsveçin ardınca Finlandiya ilə təhlükəsizlik sazişi imzalayıb Böyük Britaniyanın Baş naziri Boris Conson və İsveçin Baş naziri Eva-Maqdalena Andersson təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıb.
Digər ölkələr
11 May , 2022 21:33
Britaniya İsveçin ardınca Finlandiya ilə təhlükəsizlik sazişi imzalayıb

Böyük Britaniyanın Baş naziri Boris Conson Finlandiya ilə qarşılıqlı təhlükəsizlik sazişi imzalayıb.

"Report" bu barədə "Sky News"a istinadən xəbər verir.

Sazişə əsasən, Finlandiya lazım gələrsə, Britaniyanın köməyinə arxalana bilər. 

Bundan əvvəl analoji saziş İsveçlə imzalanıb.

Yeri gəlmişkən, Finlandiya və İsveç bir həftə ərzində NATO-ya üzvlük üçün müraciət edə bilərlər.

19:10

Böyük Britaniyanın Baş naziri Boris Conson və İsveçin Baş naziri Eva-Maqdalena Andersson təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu gün imzalanan sənədin eynisi Finlandiya ilə də imzalanacaq.

“Bu, qısamüddətli proqram deyil, əksinə, hərbi əlaqələri və qlobal sabitliyi gücləndirmək, eləcə də gələcək nəsillər üçün Avropanın müdafiə qabiliyyətini gücləndirmək üçün uzunmüddətli öhdəlikdir”, - B.Conson bildirib.

Son xəbərlər

Orphus sistemi