Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir

Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir Prezident ölkədə fövqəladə vəziyyət rejimi elan edib
Digər ölkələr
18 Yanvar , 2017 12:39
Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir

Bakı. 18 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın tur operatoru "Thomas Cook" Qambiya prezidenti Yahya Cammenin dövlət başçısı səlahiyyətlərinin bitməsinə bir gün qalmış ölkədə fövqəladə vəziyyət rejimi elan etməsindən sonra orada istirahət edən təxminən min nəfərin təxliyyəsinə başlayıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, fövqəladə vəziyyət rejimi 90 gün qüvvədə olacaq. Y.Camme bildirib ki, fövqəladə vəziyyət rejimi məhkəmənin seçkilərin nəticələrinə dair onun petisiyasına baxdığı dövrdə hökumətdə vakuum yaranmasının qarşısını almaq üçün tətbiq edilib.

Tur operatordan qeyd ediblər ki, əlavə reyslərin köməyi ilə iki gün ərzində 985 britaniyalını ölkədən təxliyyə edəcəklər. Həmçinin, operator yalnız birtərəfli olaraq Qambiyaya uçuşa aviabilet əldə etmiş 2,5 min turistlə əlaqə yaratmağa çalışır.

Son xəbərlər

Orphus sistemi