Banqladeşdə anomal istilər nəticəsində azı 10 nəfər ölüb

Banqladeşdə anomal istilər nəticəsində azı 10 nəfər ölüb Banqladeşdə son bir həftə ərzində davam edən anomal isti hava səbəbindən azı 10 nəfər ölüb.
Digər ölkələr
30 Aprel , 2024 11:09
Banqladeşdə anomal istilər nəticəsində azı 10 nəfər ölüb

Banqladeşdə son bir həftə ərzində davam edən anomal isti hava səbəbindən azı 10 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Dhaka Tribune” qəzeti məlumat yayıb.

Bu Cənubi Asiya respublikasının 17 regionunda havanın temperaturu rekord göstəricilərə çatıb. Paytaxt Dəkkədə havanın temperaturu 41 dərəcəyə çatıb.

Sinoptiklər anomal istilərin yaxın günlərdə də davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Son xəbərlər

Orphus sistemi